1 Yanvar 2022 18:39
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa ATƏT-ə sədrliyi qəbul edib. Ölkə insan haqları və mövcud münaqişələrlə məşğul olmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Zbiqnev Rau bildirib.

“Biz əsas missiyalara, danışıqlar formatlarına dəstəyimizi təklif etməyə davam edirik. Bizim diqqətimiz cari münaqişələrə və böhran vəziyyətlərinə yönələcək”, - deyə Zbiqnev Rau qeyd edib.

Eyni zamanda, o qeyd edib ki, ATƏT bəzi iştirakçı dövlətlərin ərazisində gərginlik və cəmiyyət üçün təhlükələrlə məşğuldur.

Diplomat Rusiya ilə NATO arasında dialoqa dəstək vermək istədiyini də bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər