Rusiyanın İrkutsk vilayətinin Xomutovo kəndində ikimərtəbəli taxta evdə baş verən yanğın nəticəsində 5 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin saytında yerləşdirilən məlumatda deyilir.
Yanğın nəticəsində həlak olanlardan üçü qadın, biri kişi, biri isə 11 yaşlı uşaqdır.
Baş verən hadisə ilə bağlı cinayət işi açılıb.
Hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir.