“İsrail İrana təkbaşına hücum etmək gücündədir, Amerikanın xəbəri olmadan da bunu edə bilərik”.
Teleqraf.com xəbər verir ki, bunu İsrail Xarici işlər naziri Yair Lapid deyib.
Onun sözlərinə görə, İsrail ordusu ABŞ-a xəbər verilmədən lazım olacağı təqdirdə təkbaşına İranın nüvə müəssisələrinə zərbələr endirə bilər.
“İsrail ordusunun İranın nüvə müəssisələrinə hücum etmək və ya zərbə endirmək üçün kifayət qədər hərbi gücü və hazırlığı var. Elə bir güc əldə etmişik ki, bunu mütəxəssislər də təsəvvür edə bilməz. Bir daha bildiririk ki, öz milli təhlükəsizliyimizi qorumaq üçün Amerikanın xəbəri olmadan da İrana hücum edə bilərik”, - nazir bildirib.
Lapid qeyd edib ki, İsrailin hər hansı bir təhdid və ya təhlükədən özünü müdafiə etmək məqsədilə İrana hücum etmək üçün heç kəsdən icazə almağa ehtiyacı yoxdur.