5 Yanvar 2022 09:42
3 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Qasım Comərt Tokayevin imzaladığı qərarla ölkədə ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə yanvarın 5-dən 19-dək Almata şəhəri və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib.

Teleqraf.com xəbər verir ki, ölkənin keçmiş paytaxtı Almatada minlərlə insanın iştirakı ilə nümayişlər davam edir.

Polisin səs bombası və gözyaşardıcı qazla müdaxilə etdiyi nümayişçilər daş ataraq cavab verib. Ölkədə "Facebook" və "Telegram" kimi sosial şəbəkələrə giriş məhdudlaşdırılıb.

Məlumat üçün qeyd edək ki, yanvarın 2-də ölkənin Manqistau vilayətinin Janaozen şəhərində sürücülərin qazın qiymətlərinin artırılmasına qarşı başlatdığı aksiya daha sonra vilayətin mərkəzi olan Aktau şəhərinə keçib.

Qazaxıstanın bütün neft və təbii qaz ehtiyatlarının yerləşdiyi qərb bölgəsinin Atırau, Aktobe və Oral şəhərlərində keçirilən dəstək nümayişləri günorta saatlarında ölkənin digər bölgələrinə də yayılaraq kütləvi nümayişlərə çevrilib.

Qazaxıstanın baş nazirinin müavini Y. Tuğjanovun sədrliyi ilə yaradılan xüsusi hökumət komissiyası Aktauda etirazçılarla görüşdüklərini və sızılmış qazın qiymətini 50 təngəyə (0,11 dollar) endirdiklərini və heç bir qanuni cəza tətbiq olunmayacağını bəyan edib. Buna baxmayaraq aksiyada siyasi tələblərin irəli sürülməsi hadisənin təsadüfi olmadığı ehtimalını gücləndirir. Artıq bir çox müşahidəçilər sosial tələblərlə başlayan aksiyaların siyasi tələblərə çevrilməsində üçüncü və görünməyən qüvvədən şübhələnməyə başlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər