NATO Xarici işlər nazirləri yanvarın 7-də Ukrayna böhranını müzakirə etmək üçün bir araya gələcək.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun yazılı açıqlamasında bildirilib.
Açıqlamada qeyd edilib ki, NATO Xarici işlər nazirləri səviyyəsində “fövqəladə virtual görüş” keçirəcək. Görüşün mövzusu Rusiyanın Ukrayna və onun ətrafında güclənməsi və Avropa təhlükəsizliyi məsələləri olub.
Belçikada keçiriləcək virtual görüşlə bağlı NATO-nun baş katibi Yens Stoltenberqin açıqlama verəcəyi bildirilir.