COVID-19 virusunun mutasiyaları çoxalmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, dünya omikron varyantı ilə mübarizə apardığı halda fransız alimlər koronavirusun “B.1.640.2” adlı yeni variantını kəşf edib.
Alimlər bildiriblər ki, yeni variant peyvəndlərə qarşı daha davamlı və yoluxucu olmaqla yanaşı, özündə 46 mutasiya daşıyır.
Yeni variant ilk dəfə 10 dekabr 2021-ci ildə Alpes-de-Haute bölgəsindəki xəstələrdə qeydə alınıb. Marsel bölgəsi yaxınlığında 12 nəfərdə yeni varyanta yoluxma aşkarlanıb. Xəstələri müayinə edən Mediterrane İnfeksiya Universiteti Xəstəxana İnstitutunun şöbə müdiri Filip Kolsonun sözlərinə görə, bu, "IHU variantı" adlandırılıb.
Yeni variant 2021-ci ilin noyabrında Afrika ölkəsi Kamerundan qayıdan və peyvənd olunmuş şəxsdə aşkarlanıb. Səfərdən 3 gün sonra koronavirus testi müsbət çıxan xəstədə tənəffüs problemləri yaranıb.