5 Yanvar 2022 23:57
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 143 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 417 min 787 nəfərin test edildiyi, 66 min 467 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 29 min 316 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər