Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Qazaxıstanda baş verən son hadisələr müzakirə olunub.
Qeyd edək ki, son iki gündə Nursultan Nazarbayevin Qazaxıstandan xaricə getməsi ilə bağlı məlumatlar yayılırdı. Onun harada olması ətrafında fərqli fikirlər səsləndirilirdi.
Belarus prezidenti ilə telefon danışığı Nursultan Nazarbayevin doğma vətənində olduğunu göstərən fakt sayıla bilər. Amma rəsmi açıqlamada ilk prezidentin yerləşdiyi ünvan barədə heç bir məlumat verilmir.