8 Yanvar 2022 16:14
2 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İndi əsas versiya ondan ibarətdir ki, Almatının ələ keçirilməsini Nursultan Nazarbayevin qardaşı oğulları və qismən də Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş rəhbərliyi təşkil edib. Almatıdakı qırğınların əsas təşkilatçısı Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıdır”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert Qazaxıstanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:

“Kayrat Staıbaldı milyarder və oliqarxdır. Eyni zamanda, cənubda, yəni Almatıda yaraqlı qruplaşmalara da nəzarət edib. Satıbaldı islamçıları fəal şəkildə təşviq edir, onları maliyyələşdirir və idarə edib.

Dikiy Arman ləqəbi ilə tanınan kriminal avtoritet Arman Cumaqaldıyev də Satıbaldı ilə sıx əməkdaşlıq edib. Şahidlərin dediklərinə görə, məhz Dikiy Arman Almatıya hücumları birbaşa istiqamətləndirib. O, hazırda həbsdədir.

Satıbaldı isə əvvəl DTK-da işləyib və bu qurumla yaxın əlaqədə qalıb. DTK rəisinin birinci müavini Satıbaldının qardaşı general Samat Abışdır. Həm də Nazarbayevin qardaşı oğludur. O, iki gün əvvəl vəzifəsindən uzaqlaşdırılıb. Görünür, həbs edilib. Amma bu haqda məlumatlar ziddiyyətlidir”.

Markov iddia edib ki, Prezident Kasım-Jomart Tokayevin Almatının silahlılardan qorumaq əmrinin qarşısını alanların Samat Abış və DTK-nın rəhbəri Kərim Məsimov olub:

“Kərim Məsimov yanvarın 6-da Tokayev tərəfindən tutduğu vəzifədən uzaqlaşdırılıb, yanvarın 7-də dövlətə xəyanət ittihamı ilə həbs edilib. Nazarbayevin qardaşı oğulları bu addımı Nazarbayevlə birlikdə yox, onunla aralarında olan konfliktə görə atıblar. Nazarbayevin özü isə paytaxt Nur-Sultandadır, artıq açıq şəkildə Tokayevə dəstək verib.

Beləliklə, Almatını qəfil ələ keçirən minlərlə yaraqlının haradan gəldiyi bəllidir. Onlar Kayrat Satıbaldı tərəfindən gələcəkdə hakimiyyət uğrunda mübarizə üçün yetişdirilib. Bu qruplaşmalar DTK rəhbərliyinin çətiri altında qurulub, yəni Satıbaldanın qardaşı, MTN rəhbərinin birinci müavini Samat Abış və Kərim Məsimovun.

Yanvarın əvvəlində qiymət artımına qarşı kütləvi etirazlar başlayandan sonra kimin “günah keçisi” olacağı və kimin hakimiyyəti itirəcəyi sualı verilməyə başladı: Tokayev, yoxsa “Nazarbayev klanı”. Bundan sonra Nazarbayevin qardaşı oğulları fəaliyyətə keçdi və nəticədə silahlılar Almatını ələ keçirdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər