11 Yanvar 2022 10:39
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya əsgərlərini kazarmalara geri göndərməklə heç bir işğal planının olmadığını göstərə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman rusiyalı həmkarı Sergey Ryabkovla görüşündən sonra deyib.

Amerikalı diplomat Ukrayna ilə bağlı tək qərar verməyəcəklərini bildirib:

“Ukraynasız Ukrayna ilə bağlı qərar verə bilmərik”.

Rusiya tərəfi ilə danışıqlarda Qazaxıstandakı vəziyyətin müzakirə edilmədiyini, amma Strateji Silahların Azaldılması Müqaviləsi (START-3) və İran məsələləri ətrafında fikir mübadiləsinin aparıldığını söyləyən Şerman Moskvanın gərginliyi azaltmaq üçün addımlar atmalı olduğunu vurğulayıb.

Diplomat rus ordusunun Ukrayna sərhədindən geri çəkilməsi lazım olduğunu deyib:

“Rusiyanın Ukrayna sərhədindəki gərginliyi azaltmaq üçün addım atıb-atmayacağı ilə bağlı suallar var. Bu sualın cavabını da bilmirəm. Rusiya öz əsgərlərini kazarmalara geri göndərməklə işğal planının olmadığını göstərə və ya hansı məqsədlə təlimlər keçirdiklərini açıq şəkildə izah edə bilərlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər