12 Yanvar 2022 21:14
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanda İranın bu ölkəni işğal etməsinə son qoymaq üçün Milli Şura yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə bu barədə Livan 14 Mart Xalq Hərəkatı Qüvvələrinin koordinatoru Fares Antun Souyd açıqlama verib.

O, Livanın İran tərəfindən işğal edildiyini bildirib və qeyd edib ki, ölkənin 200-dən çox nüfuzlu siyasətçisi bir araya gələrək İranın işğalına son qoymaq üçün Milli Şura yaradıblar.

Suayd Livandakı siyasi, iqtisadi və sosial böhrana görə İranı ittiham edib:

“Livanın iqtisadi, siyasi və sosial tənəzzülünün səbəbi onun İran tərəfindən işğal olunmasıdır. Cəsarətlə demək lazımdır ki, Livan İranın işğalı altındadır. Buna görə də, Livandakı bütün siyasi qüvvələrin əsas prioriteti bu işğala son qoymaq olmalıdır”.

Milli Şuranın əsas hədəflərindən birinin də, İranın dəstəklədiyi Hizbullahın bu ölkədəki fəaliyyətinə son qoymaq olacağı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər