16 Yanvar 2022 15:41
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə partilər verdiyi üzə çıxan İngiltərə Baş naziri Boris Consonun öz ofisini əyləncə məkanına çevirdiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, onun ofisdə hər cümə günü əyləncə məclisi təşkil etdiyi üzə çıxıb.

Boris Consonla bağlı pandemiya əyləncələri və parti qalmaqalları günbəgün böyüyür. “Mirror” qəzeti bundan əvvəl mətbuata sızan iki partinin nadir olmadığını, qadağalar zamanı demək olar ki, hər cümə günü keçirildiyini yazıb.

Qəzetin yazdığına görə, Conson baş nazirliyin işçilərini qadağaya baxmayaraq əylənməyə təşviq edib və bu partilərdə şəxsən iştirak edib. İddiaya görə, bu əyləncələr o qədər adi hala çevrilib ki, ofisin işçiləri şərab və pivəni soyuq saxlamaq üçün hətta 2630 funt-sterlinq 34 şüşəlik mini soyuducu da alıblar.

Pandemiya dövründə keçirilən partilər ölkədə geniş əks-səda doğurmaqla yanaşı, Boris Consona istefa verməsi üçün təzyiqləri də artırıb. Britaniya qəzetlərinin manşetləri partilərə kəskin reaksiya başlıqları ilə doludur.

İngilis nəşrləri yazırlar ki, ofisin işçiləri içki almaq üçün bir neçə dəfə çamadanlarla yaxınlıqdakı ərzaq mağazasına gediblər.

“Cümə günü - şərab vaxtı” adlanan günlər əslində illərdir baş nazirlik əməkdaşlarının ənənəsidir. Hər cümə günü saat 16.00-19.00 arasında keçirilən bu partidə orta hesabla 50 nəfər iştirak etdiyi halda, karantin dövründə qapalı yerlərdə keçirilən məclislər maksimum 2 nəfərlə məhdudlaşdırılmışdı.

Baş nazirlik şahzadə Filipin ölümü ilə əlaqədar elan edilən milli matəm zamanı təşkil edilən ziyafətlərə görə Kraliça II Elizabetdən üzr istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər