ABŞ Prezidenti Co Bayden Texas ştatındakı sinaqoqda insanların girov götürülməsini “terror aktı” kimi xarakterizə edib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı oxşar hadisələrin təkrarlanmaması üçün ədliyyə naziri Merrik Harlandla danışdığını da qeyd edib.
Qeyd edək ki, bu gün bir nəfər Texasdakı sinaqoqda 4 nəfəri girov götürüb. Xüsusi təyinatlılar girovları azad edərkən, girov götürəni güllələyib.