20 Yanvar 2022 14:52
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin müavini Darın Tuyakovu vəzifəsindən azad edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Tuyakov Darın Şılbınoviç Qazaxıstan Respublikası müdafiə nazirinin müavini vəzifəsindən azad edilib”, - deyə məlumatda bildirilir.

Tokayev bir gün əvvəl bildirib ki, o, Murat Bektanovu müdafiə naziri vəzifəsindən azad edib, çünki nazir yanvar hadisələri zamanı komandanlıq qabiliyyəti nümayiş etdirə bilməyib.

Onun sözlərinə görə, Qazaxıstan Silahlı Qüvvələri “etibarsız və səriştəsiz rəhbərlik ucbatından” onların qarşısında qoyulan tapşırıqları yerinə yetirməyib.


Müəllif: Səxavət

Oxşar xəbərlər