20 Yanvar 2022 23:26
4 363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) komissiyasının sədri Ursula van der Leyen Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya qarşı çox ağır iqtisadi və maliyyə sanksiyaları tətbiq edəcəklərini bildirib.

Teleqraf.com xəbər verir ki, bəzi ölkələrin digərlərinə “arxa bağça” rəftarını qəbul etmədiklərini vurğulayan van der Leyen Rusiyanın Avropanı “təsir zonaları”na ayırmaq cəhdlərinə qarşı olduqlarını deyib.

O, Aİ-nin Rusiya tərəfindən təhdid edilən Ukrayna və digər tərəfdaşları ilə həmrəy olduğunu söyləyib:

“Ukraynanın suveren ölkə kimi qərar vermək azadlığı var və biz bu əsas prinsipi müdafiə etməyə davam edəcəyik. Biz dialoq istəyirik. İstəyirik ki, mübahisələr bu məqsədlə yaradılan strukturlar çərçivəsində həll olunsun. Amma vəziyyət pisləşərsə, Ukraynanın ərazi bütövlüyünə yeni hücumlar edilərsə, çox ağır iqtisadi və iqtisadi problemlər yaranacaq. Biz maliyyə sanksiyaları ilə cavab verəcəyik. Transatlantik birlik bunun üzərində möhkəm dayanır”.

AB-nin Rusiya üçün indiyədək ən böyük ticarət tərəfdaşı və ən böyük investor olduğunu vurğulayan van der Leyen qeyd edib: “Bu ticarət əlaqəsi bizim üçün vacibdir, amma Rusiya üçün çox daha vacibdir. Ümid edirəm ki, heç bir hücum olmayacaq, çünki biz də buna hazırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu