19 Noyabr 2014 23:06
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Rusiya Hərbi hava Qüvvələrinə məxsus daha bir təyyarənin ələ keçirildiyini bəyan edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat verib.

Bildirilir ki, NATO-nun Baltik dənizi üzərində patrul uçuşları həyata keçirən təyyarələri Rusiyanın kəşfiyyat uçuşları həyata keçirən təyyarəsini ələ keçirib.

"NATO-nun altı CF-188 təyyarəsi həyəcan siqnalı nəticəsində havaya qaldırılıb. Nəticədə Baltik dənizi üzərində Rusiyanın İl-20 hərbi təyyarəsi ələ keçirilib", deyə açıqlamada bildirilir.

Qeyd edək ki, NATO bir neçə gün əvvəl Baltik dənizi üzərində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısını da ələ keçirmişdi. Maraqlısı bundadır ki, Rusiya tərəfi bununla bağlı hələlik heç bir açıqlama verməyib.


Müəllif:

Oxşar xəbərlər