Suriya hakimiyyəti Soçi, Anapa və İrəvan hava limanları vasitəsilə Krımla hava əlaqəsinin təşkilini müzakirə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Krımın başçısı Sergey Aksyenov bildirib.
“Soçi, Anapa və İrəvan vasitəsilə uçuşların təşkili üzərində iş aparılır”, – deyən Aksyenov əlavə edib ki, söhbət Suriya ilə hava əlaqəsinin qurulmasından gedir.
O qeyd edib ki, hazırda Dəməşq və Simferopol arasında birbaşa aviaəlaqə yoxdur. Krımın başçısı onu da bildirib ki, yarımadanın hakimiyyət orqanları daşımaların təşkili ilə bağlı təklifləri müzakirə etməyə hazırdır.