21 Yanvar 2022 15:54
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla Cenevrədə danışıqlar Ukrayna ətrafında gərginliyin azaldılması səylərinə uyğundur.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Hamımızın bir araya gəlməsi üçün bu fürsəti yüksək qiymətləndirirəm. Bu görüş Rusiyanın Ukraynaya təcavüzü səbəbindən yaranmış gərginliyin azaldılması istiqamətində davam edən səylərə uyğundur”, - deyə RİA Novosti Blinkendən sitat gətirir.

Qeyd edək ki, Cenevrədə Rusiya Xarici işlər naziri Lavrov və ABŞ dövlət katibi Blinken arasında görüş baş tutub. Tərəflər arasında müzakirə 1,5 saat davam edib.

Görüş zamanı tərəflərin təhlükəsizlik təminatı ilə bağlı təklifləri də müzakirə etdiyi qeyd edilir.


Müəllif: Səxavət

Oxşar xəbərlər