22 Yanvar 2022 12:52
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə ABŞ-NATO arasında gərginliyin artmasına səbəb olan Ukrayna höhranı davam edərkən Şimali Atlantik Alyansı Moskvanın “NATO Rumıniyadan və Bolqarıstan çəkilsin” tələbini rədd edib.

Teleqraf.com xəbər verir ki, NATO sözçüsü Oana Lungesku NATO alyansın şərq hissəsində qoşunların mövcudluğuna güzəştə getməyəcək.

Lungesku Rusiyanın tələbi ilə birinci və ikinci dərəcəli NATO üzvləri yaradacağını deyərək, bu tələbi rədd etdiklərini bildirib: “Biz Avropaya təsir sferaları ilə bağlı hər hansı ideyanı rədd edirik. Bizə qarşı yönələn istənilən təhlükəni ümumi müdafiəmizi gücləndirməklə cavab veririk”.

Lungesku onu da qeyd edib ki, NATO hər zaman hazır vəziyyətdədir və alyansın şərq hissəsinin gücləndirilməsinin zəruriliyini qiymətləndirməyə davam edir.

Qeyd edək ki, NATO ilə Rusiya arasında başlanan dialoq prosesində Rusiya NATO-nun Rumıniya və Bolqarıstandan çıxmasını, 1997-ci il sərhədlərinə dönməsini tələb edir.

Bolqarıstan da Rusiyanın bu istəyinə NATO xətti ilə cavab verib. Bolqarıstanın baş naziri Kiril Petkov parlamentdəki çıxışında Bolqarıstanın suveren ölkə olduğunu və illər əvvəl NATO üzvlüyünə üstünlük verdiyini xatırladıb və Rusiyanı Ukrayna ilə bağlı konstruktiv dialoqa çağırıb.


Müəllif: Nemət