Yeni Zelandiya ölkə daxilində koronavirusun omikron ştamına 12 yoluxma halının aşkar olunması ilə əlaqədar maksimum həyəcan səviyyəsi elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş nazir Casinda Ardernin yanvarın 23-də hökumət saytında yerləşdirilən bəyanatında elan edilib.
“Yeni Zelandiya yanvarın 23-də saat 23:59 dəqiqədə qırmızı rejimə keçəcək. Biz bilirik ki, Şimal və Cənub adalarında artıq yoluxma halları qeydə alınıb və bir neçə aviareysdə də yoluxma aşkar edilib”, - deyə Baş nazirin bəyanatında bildirilir.
Vurğulanır ki, yeni ştama yoluxmuş iki nəfərin kütləvi tədbirə qatıldığı və nəticədə virusun ölkə əhalisinin əksəriyyətinə ötürülməsinə şərait yaratdığı məlumdur.
Bəyanatda, həmçinin qeyd edilir ki, hökumət virusun yayılmasının qarşısını almaq üçün tibbi maskadan istifadə, istənilən tədbirlərdə iştirakçıların sayının məhdudlaşdırılması kimi tədbirlərin tətbiqini davam etdirir. Bu, ölkənin səhiyyə sisteminin üzərinə düşən yükü azaltmağa imkan yaradır. Bununla yanaşı, simptomların aşkar edildiyi şəxslərin testdən keçirilməsini sürətləndirmək, onların ünsiyyətdə olduğu şəxsləri nəzarətə almaq və təcrid etmək kimi addımlar da atılır.
C.Ardern, həmçinin peyvəndin ikinci dozasının qəbulundan dörd ay keçmiş vətəndaşları təcili surətdə buster dozanı almağa çağırıb.