23 Yanvar 2022 22:13
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynadakı vəziyyəti hər gün izləyir və lazım gələrsə, səfirliyinin bəzi əməkdaşlarının təxliyəsi barədə qərar qəbul etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “NBC” televiziyasına müsahibəsində deyib.

Blinken əlavə edib ki, səfirliyin işçilərini ixtisar etmək qərara alınsa, bu proses təhlükəsizlik vəziyyətinə əsaslanaraq həyata keçiriləcək.

Lakin jurnalistin “bunun Kiyevdəki vəziyyətin ən azı qısamüddətli perspektivdə təhlükəsiz görünməsi deməkdirmi” sualına Blinken birbaşa cavab verməyib.

“Dediyim kimi, biz bunu hər saat və hər gün diqqətlə izləyirik”, - dövlət katibi bildirib.

Qeyd edək ki, cümə günündən bəri ABŞ mediası adı açıqlanmayan mənbələrə istinadən xəbərlər yayır ki, guya ABŞ yaxın günlərdə diplomatları və onların ailələrini Ukraynadan qismən təxliyə etməyə qərar verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər