25 Yanvar 2022 17:34
3 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO baş katibi Yens Stoltenberq ABŞ Prezidenti Co Bayden və Avropa liderləri videokonfrans vasitəsilə Rusiya-Ukrayna gərginliyini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün çox ağır nəticələri olacağı barədə razılıq əldə olunub.

Diplomatik səylərin davam etdirilməli olduğu vurğulanıb. 1 saat 20 dəqiqə davam edən görüşdən sonra ilk açıqlama Stoltenberqdən gəlib.

Stoltenberq məhsuldar görüş olduğunu deyib. Onun sözlərinə görə, Rusiya daha da irəli getsə, bunun qorxunc nəticələri olacaq.

Ağ Evin bəyanatında isə deyilib ki, artan gərginliyə diplomatik həll yolu tapmaq hamının birgə arzusudur.

Almaniya və Fransanın bəyanatlarında diplomatik səylərin davam etdirilməli olduğu vurğulanıb. Normandiya formatında görüşlərin davam etdirilməsinin vacibliyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu