26 Yanvar 2022 16:24
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qara dəniz donanmasının 20-dən çox gəmisi təlim üçün Qara dənizə daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə RBC-yə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Qara dəniz donanmasının 20-dən çox gəmisi Qara dəniz akvatoriyasında keçiriləcək təlimdə iştirak etmək üçün dənizə çıxıb. Qara dəniz donanmasına daxil olan gəmilər, döyüş katerləri və təminat gəmiləri Sevastopol və Novorossiyskdəki baza məntəqələrini tərk edib, bundan sonra onlar təyin olunmuş rayona keçiblər”, - deyə məlumatda bildirilib.

Təlimlərin əsas istiqaməti “dünya okeanlarda Rusiyanın milli maraqlarını qorumaq”, eləcə də “dəniz və okean istiqamətlərindən gələn hərbi təhdidlərə qarşı” fəaliyyətlərin hazırlanmasıdır.

Təlimlərə 140 hərbi gəmi və təminat gəmisinin, 60-dan çox uçuş aparatının, min vahid hərbi texnikanın, 10 minə yaxın hərbi qulluqçunun cəlb olunması planlaşdırılır.

Bundan əvvəl Sakit okean, Baltik və Şimal donanmalarının gəmilərinin təlimləri başlayıb. Rusiya MN-dən verilən məlumata görə, təlimlər Rusiya Silahlı Qüvvələrinin 2022-ci il üçün təlim planına uyğun olaraq yanvar-fevral aylarında baş tutmalı olan manevrlərin bir hissəsidir.


Müəllif: Səxavət