27 Yanvar 2022 10:04
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya hökuməti həmrəylik çərçivəsində Ukraynaya 4 min 6 ədəd top mərmisi göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Çexiya Ukraynaya hədiyyə olaraq 4006 ədəd 152 millimetrlik top mərmisi yollayacaq.

Nazirlər Şurasının iclasından sonra jurnalistlərə açıqlama verən müdafiə naziri Jana Cernoçhova deyib ki, Ukrayna ilə əməkdaşlığımız uzun müddətlidir və biz demokratiya yolunda dəstəyimizi davam etdiririk:

“Siyasi və diplomatik vasitələrlə yanaşı, maddi dəstək də veririk. Bunun sübutu olaraq Ukraynaya mərmilər göndəriləcək. Bunun əhəmiyyətli bir həmrəylik jesti olduğunu düşünürük”.

Hökumət sözçüsü Yakub Fajnor Kiyev hökumətinin yardım istəməsinə diqqət çəkərək qeyd edib ki, hədiyyə Rusiyanın Ukrayna sərhədi boyunca böyük hərbi qüvvələr toplamasından sonra Ukraynanın müdafiəsini gücləndirməyə kömək etmək məqsədi daşıyır.


Müəllif: Nemət

Oxşar xəbərlər