31 Yanvar 2022 10:01
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

CNNTürk-də Ukraynadakı hadisələrin müzakirə edildiyi proqrama qatılan Türkiyənin təhlükəsizlik mütəxəssisi Coşqun Başbuğ ABŞ və Rusiya ilə bağlı ilginc açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, Başbuğ artıq Ukrayna rəhbərliyinin Amerikanın hiyləsini anladığını iddia edib.

“Ukraynanın oyanma prosesindən keçirik. Artıq Ukrayna ABŞ-ın bu işdə ondan istifadə etdiyini, gərginliyin mərkəzinə çevirdiyini və onu yem kimi qabağa atdığını görməyə başlayıb. Ukraynanın burada görə biləcəyi yeganə iş problemi bir vasitəçi ölkəylə masada həll etməyə çalışmaqdır”, - mütəxəssis qeyd edib.

Ukrayna Prezidenti Zelenskinin “Ağ Evin mövqeyi kəskinləşir, Avropa Birliyi özünü düşünür, siz bu cür çıxışlarla Ukrayna iqtisadiyyatını məhv edirsiniz” dediyini xatırladan Başbuğ söyləyib:

“ABŞ-ın Ukraynadakı hədəfi Rusiyanı yanlış yola yönəltməkdir. Kim birinci tətiyi çəksə, bu səhv ona baha başa gələcək. ABŞ bunu çox yaxşı bilir. Ona görə də davamlı olaraq tarix verərək Rusiyanı təxribata çəkərək, “rus təhlükəsi” yaratmağa çalışır”.

Başbuğ ABŞ-ın Ukraynada istədiyini ala bilmədiyini deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər