Rusiya ABŞ-ın sanksiya təhdidləri qarşısında geri çəkilməyəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ və Rusiya xarici işlər nazirlərinin keçirəcəyi görüşdən əvvəl Rusiyanın Vaşinqtondakı səfirliyi açıqlama verib.
Səfirlik “Facebook”da verdiyi açıqlamada qeyd edib ki, gərginliyi yaradan Moskva deyil, Vaşinqtondur:
"Rusiya ABŞ-ın sanksiyaları ilə bağlı təhdidlərdən geri çəkilməyəcək".
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və amerikalı həmkarı Antoni Blinken arasında bu gün telefon danışığı olacaq. Görüşdə Ukraynadakı son vəziyyətin müzakirə olunacağı bildirilir.
Əlavə edək ki, yanvarın 21-də ikili Rusiya-Ukrayna böhranını müzakirə etmək üçün Cenevrədə görüşüb. Üzbəüz görüşdən sonra nazirlər ayrı-ayrılıqda mətbuat qarşısına çıxıb.