3 Fevral 2022 17:09
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ildə İraqda müharibədən qalan partlayıcı maddələr səbəbindən 52 uşaq ölüb, 73 uşaq isə əlil olub.

Teleqraf.com xəbər verir ki, bəyanatı Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) İraq nümayəndəliyi yayıb.

Bəyanatda döyüş sursatlarının qalıqlarının artan təsirinin azaldılması üçün daha güclü səylərə ehtiyac olduğu bildirilir. İraqda bu səbəbdən uşaqlar arasında ölüm və əlillik hallarının 2020-ci ilə nisbətən 67 faiz artdığı da qeyd edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər