4 Fevral 2022 09:49
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Avropa Qüvvələrinin keçmiş komandanı, general-leytenant Ben Hodces Qara dəniz, Yaxın Şərq və Afrikada aktiv rol oynamaq üçün Amerikanın Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasının səbəblərini sadalayıb.

Teleqraf.com xəbər verir ki, Hudson İnstitutunun baş eksperti Maykl Doranın suallarını cavablandıran Ben Hodces Türkiyə-ABŞ münasibətləri ilə bağlı mühüm açıqlamalar verib.

Doranın “ABŞ Prezidenti Co Baydenə Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün nə tövsiyə edərdiniz” sualına general üç təkliflə cavab verib:

“Birincisi, PKK/YPG-yə dəstək dayandırılmalıdır. Türkiyədə insanların çoxu ABŞ-ın PKK/YPG-yə dəstəyindən narahatdır.

İkincisi, Türkiyə ilə Qara dəniz strategiyası qurmaq lazımdır. Ukrayna NATO üzvü deyil. O bölgədə üç NATO üzvümüz var və biz onları qorumalıyıq. Qara dənizdə Rusiyaya, Yaxın Şərqdə İrana qarşı, həmçinin Afrikada strategiya qurmalıyıq.

Üçüncü, Bayden üç ay ərzində Türkiyəyə səfər etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər