ABŞ-ın hərbi və kəşfiyyat yetkililəri Rusiya ilə mümkün müharibədə Ukrayna hökumətinin iki gün ərzində devriləcəyini iddia ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Amerika mediasında məlumat yayılıb.
İddiaya görə, ABŞ-ın ordu və kəşfiyyat rəhbərliyi Konqresə və avropalı tərəfdaşlarına Ukrayna-Rusiya gərginliyi ilə bağlı məlumat veriblər. Amerikalı kəşfiyyatçılar Rusiyanın Ukraynaya genişmiqyaslı işğalçı hücumunda 50 min insanın ölə biləcəyini, 5 milyon insanın isə qaçqın vəziyyətinə düşə biləcəyini bildiriblər.
Ukrayna hökumətinin iki günə devrilə biləcəyini iddia edən kəşfiyyat mənbələri ölkə sərhədlərində hər biri təxminən 750 hərbçidən ibarət 83 rus batalyonunun olduğunu açıqlayıblar.