Ukraynaya və onun ərazi bütövlüyünə qarşı təcavüz bu ölkənin NATO-ya daxil olmasını sürətləndirə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Litva parlamentinin sədri Viktoriya Çmilite-Nilsen deyib.
Onun sözlərinə görə, Moskvanın Kiyevin NATO-ya inteqrasiyasının qarşısını almaq üçün atdığı addımlar onu azad şəkildə hərbi-siyasi bloklara qoşulmaq hüququndan məhrum edə bilməz.
Parlamentari vurğulayıb ki, 2008-ci ildə Buxarest sammitində alyansın Gürcüstan və Ukrayna ilə bağlı verdiyi vədlər Rusiyanın mövqeyinə baxmayaraq, qüvvədə qalır.
“Rusiyanın ortamüddətli perspektivdə aqressiv addımları əks effekt verə bilər ki, bu da İsveç və Finlandiyada olduğu kimi Ukrayna və ya digər ölkələrin üzvlük prosesini sürətləndirəcək”, - Çmilite-Nielsen bildirib.