İraq Hərbi Hava Qüvvələrinin ölkənin şimalında endirdiyi aviazərbələr nəticəsində İŞİD-in 7 silahlısı məhv edilib.
Teleqraf.com xəbər verir ki, Səlahəddin və Neynəva əyalətlərinin sərhədində İŞİD liderlərinin komanda məntəqəsi aşkar edilib. F-16 qırıcıları silahlıların sığınacağına dəqiq hava zərbələri endirib.
İŞİD döyüşçüləri 2014-cü ilin yayında İraq ərazisinin təxminən üçdə birini işğal ediblər. Həmin ilin iyununda ölkənin ikinci böyük şəhəri Mosulu ələ keçirərək, onu qondarma xilafətin paytaxtı elan ediblər. 2015-ci ildə beynəlxalq koalisiyanın dəstəyi ilə hökumət qüvvələri ərazilərin azad edilməsi üçün genişmiqyaslı kampaniyaya başlayıb.