Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum koronavirusa yoluxub.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının mətbuat katibi Ömər Çelik deyib.
Ömər Çelik nazirin koronavirus testinin müsbət çıxdığını deyib və ona tezliklə sağalmasını arzulayıb.
Türkiyə Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyindən bildiriblər ki, nazir xəstəliyi yüngül keçirir.