21 Noyabr 2014 07:09
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşmasının 16 silahlısı hazırda Türkiyə də həbsdədir.

Teleqraf.com-un "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün parlamentdə çıxışı zamanı ölkənin ədliyyə naziri Bəkir Bozdaq bildirib.

“Noyabrın 19-dək olan məlumata əsasən, İŞİD qruplaşmasının fəaliyyətinə cəlb olunmuş fiziki şəxslərdən 16 nəfəri hazırda həbsxanadadır”, deyə Bozdaq bildirib.

O əlavə edib ki, həbs edilənlərin arasında martda Niqde əyalətində 3 polis əməkdaşının qətli daxil olmaqla, Türkiyədə törədilən iri terror aktlarının iştirakçıları da var. Onlar Ankarada yüksək təhlükəsizlik səviyyəsinə malik olan həbsxanaların birində saxlanılır.


Müəllif:

Oxşar xəbərlər