10 Fevral 2022 19:13
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının Şurası Luqansk və Donetsk “xalq respublikalarının” müstəqilliyinin tanınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət layihəsinə baxmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Kommunist Partiyasının lideri Gennadi Züuqanov bildirib.

“Hazırda gələn həftənin əvvəlində buna baxmağa hazırlaşırlar. Əvvəlcə Dumadakı Şurada, görünür liderlər toplanacaq, müzakirə edəcək, sonra biz bunu birbaşa komitələrdə, sonra isə protokola müvafiq olaraq nəzərdən keçirəcəyik”, - deyə o qeyd edib.

Bundan əvvəl Rusiya Kommunist Partiyasının deputatları Dövlət Dumasına qərar layihəsi təqdim ediblər, orada “LXR” və “DXR”in müstəqilliyinin tanınması xahişi ilə Rusiya Prezidentinə rəsmi müraciət etmək təklif olunur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Luqansk və Donetsk “xalq respublikalarının” tanınmasının mümkünlüyündən danışarkən deyib ki, Kiyev Minsk razılaşmalarına əməl etməyə məcbur edilməlidir, o zaman hər şey qaydasına düşəcək.


Müəllif: Səxavət

Oxşar xəbərlər