10 Fevral 2022 23:12
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ətrafındakı vəziyyət və NATO-nun Şərqi Avropada genişlənməsi ilə bağlı dilə gətirdiyi narahatlıqlar tarix və indiki geosiyasi şəraiti nəzərə alsaq, kifayət qədər “ağlabatan” görünür.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərədə nəşr olunan “Daily Mail” qəzeti yazıb.

Nəşr qeyd edib ki, Putinin daim Qərb ölkələrinin maraqlarına qarşı çıxmasına baxmayaraq, onun Ukraynanın NATO-ya üzv olması ehtimalı ilə bağlı mövqeyini anlamaq olar:

“Ukrayna NATO-ya daxil olarsa, Rusiya elə vəziyyətə düşə bilər ki, ABŞ-ın nüvə silahları onun sərhədlərinə yaxın qonşu dövlətdə yerləşdiriləcək. Bundan əlavə, Putin Ukraynanın ümumi əhalisinin təxminən 20 faizini təşkil edən və çox vaxt Kiyevi dəstəkləməyən rusdilli əhalinin maraqlarını nəzərə almağa çalışır.

Təsəvvür edin ki, bir neçə milyon ingilis Fransanın hansısa bölgəsində olsaydı və Prezident Emmanuel Makron tərəfindən məsxərəyə qoyulsaydı, özümüzü necə hiss edərdik?”

Qəzet bildirib ki, ABŞ prezidenti Co Bayden də Rusiyanın Kuba və ya Meksikada raket yerləşdirməsinə dözüm nümayiş etdirməyəcək.

Eyni zamanda məqalədə deyilib ki, Putin müharibə istəmir, amma Qərb dövlətlərinin vəziyyətin gərginləşməsi üçün müəyyən güzəştlərə gedəcəyini gözləyir. Xüsusilə, belə bir güzəşt NATO ölkələrinin Ukraynanın alyansa daxil edilməyəcəyinə dair zəmanəti ola bilər.

“Daily Mail” hesab edir ki, Rusiya liderinin belə tələbi kifayət qədər “ədalətli” görünür, amma İngiltərə və ABŞ, görünür, Moskva ilə ciddi danışıqlarda maraqlı deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər