Dünyada koronavirusa yoluxma hallarının sayı 402 milyonu, ölənlərin sayı isə 5,77 milyonu keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Hazırda yoluxma sayı 402 044 502 nəfər təşkil edir.
Koronavirus infeksiyasından 5 770 023 nəfər ölüb. Gün ərzində yoluxanların sayı 2 332 592 nəfər, ölənlərin sayı 12 005 nəfər artıb.
Ən çox yoluxma halları ABŞ (76 448 067), Hindistan (42 478 060) və Braziliya (26 776 620) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.