Polşa ABŞ-dan 40 ədəd yeni qanadlı raketlər almaq niyyətindədir.
Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, AGM-158b JASSM tipli raketlər üçün Polşa 250 milyon dollar ödəməli olacaq.
İki ölkə arasında yeni sövdələşməyə görə, alınan raketləri Polşa 50% endirimlə əldə edə biləcək.
Bu raketlər 960 kilometrə qədər məsafədə hədəfləri məhv etmək qabiliyyətindədir.
Samir