Almaniya hakimiyyətinin Ukraynaya 5 min dəbilqə verilməsi ilə bağlı qərarı biabırçılıqdır.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın keçmiş müdafiə naziri Frans Yozef Yunq bildirib.
“Ukrayna təkbaşına özünü müdafiə edə bilsə, ona yardım göstərəcəyik ki, heç bir NATO qüvvəsi ora kömək etməsin. Federal hökumətin 5 min dəbilqə verilməsi ilə bağlı etdikləri isə məncə, utancvericidir”, - deyə keçmiş nazir vurğulayıb.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Kristin Lambrext ölkəsinin Ukraynaya 5 min hərbi qoruyucu dəbilqə verəcəyini açıqlamışdı.