Böyük Britaniyanın vəliəhd şahzadəsi Çarlzın həyat yoldaşı, Kornuoll hersoginyası Kamilla koronavirusa yoluxub.
Teleqraf.com-un məlumatına görə, bu barədə şahzadə Çarlzın mətbuat xidməti bildirib.
Qeyd olunur ki, hazırda hersoginya Kamilla öznütəcrid rejiminə alınıb.
Qeyd edək ki, fevralın 10-da şahzadə Çarlzın ikinci dəfə koronavirusa yoluxduğu bildirilmişdi. O, 2020-ci ilin martında koronavirusu yüngül formada keçirmişdi.