18 Fevral 2022 13:21
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası ABŞ-ın çağırışı ilə Rusiyanın Ukrayna sərhədində güclənməsi ilə bağlı toplaşıb.

Teleqraf.com xəbər verir ki, iclasda Rusiyanı təmsil edən xarici işlər nazirinin müavini Sergey Verşinin Kiyev administrasiyasının Ukraynanın şərqində hərbi cinayətlər törətdiyini və bununla bağlı sənədləri BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin nümayəndələrinə paylaşıldığını bildirib.

Rusiya diplomatı deyib ki, BMT-dəki nümayəndəmiz qeyd edilən sənədləri dünən BMT Təhlükəsizlik Şurasına üzv ölkələrə göndərib: “Sizdən xahiş edirəm ki, bu sənədləri araşdırın və dəhşətli faktlarla üzləşəcəyinizə hazır olun”.

Təhlükəsizlik Şurasının iclasının Rusiyanın Ukraynaya təcavüz edəcəyi iddiaları istiqamətində toplaşdığını xatırladan Verşinin bildirib ki, çoxdan edilməsi lazım olan hər cür açıqlamaları veriblər: “Biz xəyali işğal tarixini çoxdan keçmişik. Ona görə də özümüzü yöndəmsizləşdirməyə ehtiyac yoxdur. Günahı Rusiyanın üzərinə atmaq və Rusiyanı münaqişənin ortasına çəkmək cəhdləri əsassızdır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası əsassız iddialarla çağırılmamalı, daha ciddi məsələlərlə bağlı toplantı keçirilməlidir”.

Rusiya parlamentinin aşağı palatası Dumada deputatların Donbasda rusiyapərəst separatçıların birtərəfli qaydada müstəqillik elan etdiyi “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikasının” tanınması ilə bağlı qərarının tənqidinə reaksiya verən Verşinin deyib ki, bu sənəd Duma deputatlarının təşəbbüsü ilə qəbul edib: “Ona görə də diqqəti spekulyasiyaya deyil, çoxlarının gözlədiyi Minsk razılaşmalarına yönəltmək vacibdir. Bu cür məsələlərin BMT Təhlükəsizlik Şurasında müzakirə olunmasından çəkinmək lazımdır. Əks halda, biz dünyanın istənilən parlamentinin istənilən qərarına reaksiya verəcəyik”.

ABŞ-ın Rusiyanın Ukraynaya hücum edəcəyini bəhanə edərək təhlükəsizlik zəmanəti danışıqlarına son qoymaq istədiyini iddia edən Verşinin buna əsas kimi informasiya hücumları və Rusiyanın hərbi təhdidləri ilə bağlı davamlı açıqlamaları göstərib.

Rusiya diplomatı əlavə edib ki, qərb ölkələrinin əsassız iddiaları səbəbindən BMT Təhlükəsizlik Şurası sirkə çevrilir və biabırçı vəziyyətə salınır.


Müəllif: Nemət

Oxşar xəbərlər