“Bu gün saat 09:00-a olan məlumata görə Donbasda düşmənin 14 hücumu qeydə alınıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Müdafiə naziri Aleksey Reznikov keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu günün əvvəlindən səhər saat 9-a olan məlumata görə, artıq 14 hücum qeydə alınıb və onlardan 13-ü Minsk razılaşmaları ilə qadağan olunmuş silahlardandır:
“Döyüşçülərimizdən biri yaralanıb. O cümlədən, saat 04:15 radələrində Peski qəsəbəsi istiqamətində düşmən tərəfindən 152 mm-lik çaplı silahdan 52 dəfə atəş açılıb, saat 06:50-də isə Mariupol istiqamətində PUA-dan istifadə olunub”.