Rublun məzənnəsi Rusiya Prezidenti Vladimir Putinin qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın suverenliyinin tanınması məsələsi ilə bağlı ölkə vətəndaşlarına və həmvətənlərə televiziya ilə müraciəti ilə çıxışı fonunda aşağı düşüb.
Teleqraf.com xəbər verir ki, bunu Moskva birjasının ticarət məlumatları göstərir.
ABŞ dollarının məzənnəsi Bakı vaxtı ilə saat 23:08-ə 3,51% (R 2,71) artaraq 80,01 R olub.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin tanınmamış Donetsk və Luqansk “Xalq Respublikaları”nın suverenliyini Rusiya tərəfindən tanımaq barədə qərar qəbul edib.