Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon müzakirələri aparacaq.
Teleqraf.com xəbər verir ki, Rusiya Donbasdakı separatçı rejimlərin müstəqilliyini tanımasından sonra Ukrayna prezidenti Vladimir Zelenski dünya liderləri ilə gərgin təmaslara başlayıb.
Ukrayna prezident özünün Tvitter hesabından bildirib ki, ardıcıl görüşlər keçirir və prezident Ərdoğanla görüşməyi də planlaşdırır.
Qeyd edək ki, Ukrayna lideri Rusiyaya heç nə verməyəcəklərini elan edib, bildirib ki, qərb ölkələrindən aydın dəstək gözləyirlər.