ABŞ dövlət katibi Antoni Blinken Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla bu həftə Cenevrədə keçirilməsi planlaşdırılan görüşü ləğv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.
“Biz işğalın başladığını və Rusiyanın diplomatiyadan tamamilə imtina etdiyini açıq şəkildə bildirdiyinə görə, bu görüşün indi keçirilməsinin mənası yoxdur. Mən müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdim - hamı razıdır”, - Blinken deyib.
Blinken bildirib ki, o, çərşənbə axşamı Lavrova qərar barədə məlumat vermək üçün məktub göndərib.
O həmçinin qeyd edib ki, Rusiya gərginliyin azaldılması və diplomatik həllin tapılmasında ciddi olduğuna dair beynəlxalq ictimaiyyətə inandırmaq üçün nümayişkarənə addımlar atmalıdır: “ABŞ diplomatiyaya sadiq qalacaq”.