Almaniyanın keçmiş müdafiə naziri Anneqret Kramp Karrenbauer Qərbin Rusiya-Ukrayna böhranında uğursuzluğa düçar olduğunu və buna görə qəzəbləndiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Karrenbauer Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı etiraf kimi açıqlama verib.
O, Qərbin uğursuzluğa düçar olduğunu və buna görə qəzəbləndiyini söyləyib:
“Tarixi uğursuzluğumuza görə özümüzə çox qəzəblənirəm. Gürcüstan, Krım və Donbasdan sonra Putini həqiqətən də çəkindirəcək heç bir şey hazırlamadıq”.
Sabiq nazir danışıqlar prosesində hərbi gücün önəminə də diqqət çəkib:
“Hərbi baxımdan o qədər güclü olmalısınız ki, danışıqlara getməmək qarşı tərəf üçün bir seçim olmamasın”.