25 Fevral 2022 08:20
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa hökuməti “RT France” (Russia Today) kanalının fəaliyyətini araşdırır.

Teleqraf.com xəbər verir ki, Fransanın Rəqəmsal və Audiovizual Kommunikasiyaları Tənzimləmə Qurumuna (ARCOM) çoxsaylı müraciətlərdən sonra bu qərar qəbul edilib.

Artıq bu məqsədlə müstəqil ekspertlər kanalın Ukraynadakı hadisələrini işıqlandırmasını araşdırırlar. Təhqiqatın nəticəsindən asılı olaraq kanalın Fransada fəaliyyəti dayandırıla bilər.

Bununla belə, yayım dayandırılacağı təqdirdə kanal fəaliyyətini internetdə davam etdirə biləcək.

“Monde” qəzetinə müsahibə verən ekspertlər isə başqa məqama diqqət çəkirlər. Onların fikrincə “RT France”ın yayımı dayandırılacağı təqdirdə Rusiya öz ərazisində “France 24” və “Euronews” kanallarını bloklaya bilər.

Digər tərəfdən, “Euronews” kanalının səhmdarları arasında Ümumrusiya Dövlət Teleradio Yayımı Şirkəti (ВГТРК) və Ukraynanın “Birinci Kanal”ı da yer alır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər