Ukrayna Silahlı Qüvvələri Sumıda rus qoşunlarına şiddətlə müqavimət göstərir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.
“Ukrayna qəhrəmanları-müdafiəçiləri Sumıda rus şovinistlərinə mərdliklə müqavimət göstərirlər. Ukrayna Silahlı Qüvvələrinə dəstək olun”, - məlumatda deyilib.
Sumı regional administrasiyasının rəhbəri Dmitri Jivitskinin videomüraciətində bildirilib ki, Rusiya işğalçı qüvvələri Konotopu və Samını mühasirəyə alıb və böyük hərbi texnika karvanı Kiyevə doğru irəliləyir.
“Bu gün Konotop şəhəri mühasirəyə düşüb, Oxtırka iki dəfə düşmən hücumunu qəhrəmancasına dəf edib. Təəssüf ki, Sumı vilayətinin yaşayış məntəqələri mühasirəyə alınıb”, - Jivitski qeyd edib.
O, deyib ki, Sumı sakinləri istəsələr Kiyevə gedə bilərlər, amma artıq yollarda Rusiyanın nəzarət-buraxılış məntəqələri var.