Son məlumata görə, Mariupolda vəziyyət sabitdir və şəhər Ukrayna hərbçilərindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası “Facebook ”da məlumat yayıb.
“Mariupol və ətrafındakı əməliyyat vəziyyəti dəyişməz olaraq qalır. Vəziyyət sabitdir və Ukrayna hərbçiləri tərəfindən idarə olunur”, - açıqlamada deyilib.
Bildirilib ki, ötən gecə şəhər xəstəxanalarına yeni yaralı daxil olmayıb.
Gecə saatlarında Mariopolun işğalçıların nəzarətinə keçməsi haqda məlumat yayılmışdı.