26 Fevral 2022 08:37
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya BMT Təhlükəsizlik Şurasında Ukraynadakı hərbi əməliyyatı pisləyən qətnamə layihəsinə veto hüququndan istifadə edib.

Teleqraf.com xəbər verir ki, layihənin lehinə 11 ölkə, o cümlədən ABŞ və Fransa səs verib.

Çin və Hindistan da daxil olmaqla üç ölkə bitərəf qalıb. Veto hüququna malik Rusiya əleyhinə səs verib.

Qətnamə layihəsi ABŞ və bir sıra digər ölkələr tərəfindən hazırlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər