Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə dövlət başçısının Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə kömək etmək istəyən xarici dövlətlərin vətəndaşlarına müraciətində deyilir.
Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edib. O, qeyd edib ki, Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib XXI əsrin işğalçılarına qarşı ukraynalılarla çiyin-çiyinə dayana bilər.